Tarix: 25 Aprel 2024 16:11 | Baxış sayı: 854
Məclisdə azərbaycanlıların 1, ermənilərin isə 10 deputatı var -  Arzuman Azaflı

Məclisdə azərbaycanlıların 1, ermənilərin isə 10 deputatı var - Arzuman Azaflı

“Biz müntəzəm olaraq proqramlar, panellər və konfranslar təşkil edirik”.

Bu fikirləri Diaspora.TV- yə açıqlamasında Azaflı Sosial Yardım və Kültür Dərnəyi və Türk Dünyası Mədəniyyəti Mərkəzinin sədri, vəkil Arzuman Azaflı deyib. Onun sözlərinə görə, Azərbaycanla bağlı tez-tez verilişlər olur:

“Eyni zamanda Azərbaycan ədəbiyyatı, mədəniyyəti və xalqı ilə bağlı təqdimatlar edirik”.

Mərkəz sədri qeyd edib ki, həm Azərbaycandan, həm də Türkiyədən ehtiyacı olan insanlara maddi yardımlar da edilir:

“Biz bu yardımları Azərbaycan adına edirik. Azərbaycanı insanlara tanıtdırır və sevdiririk”.

A.Azaflı əlavə edib ki, Azərbaycanı Türk xalqına tanıtdırmalı və sevdirməliyik:

“Bunun üçün kiçik təşkilatlarla kiçik işlərin əvəzinə daha çox irimiqyaslı işlər aparılmalıdır. Məsələn, hər il universitetlərdən bir neçə uğurlu türkiyəli gənci dəvət edib Azərbaycanı tanıtdırmaq olar”.

Müsahibimizin sözlərinə görə, televiziyalarda Türk xalqına yönəlik araşdırma proqramları olmalıdır:

“Eyni zamanda Azərbaycan alimlərinin, QHT fəallarının, mədəniyyət xadimlərinin Türkiyədə tanıdılması istiqamətində işlər görülməlidir. Xüsusilə, azərbaycanlı iş adamları, akademiklər və başqaları Türkiyə siyasətində fəal olması üçün təşviq edilməlidir. Buna görə də onların mediada tanıdılması üçün səy göstərilməlidir”.

Mərkəz sədri vurğulayıb ki, Türkiyə əhalisinin 10 faizi Azərbaycan əsilli olsa da, parlamentdə cəmi bir azərbaycanlı millət vəkili var:

“Amma 2 milyon ermənini TBMM-də AKP və CHP-dən 10 deputat təmsil edir. Elə bu müqayisə özü hər şeyi deyir. Fikrimcə, bu kimi məsələlər haqqında çox danışmaq olar”.

Həsən Hüseynov

Şərhlər

Yaz...