Tarix: 26 Aprel 2024 13:39 | Baxış sayı: 1040
Antalyadakı 2 diasporun heç birinə dəstək göstərilmir  - Diaspor fəalı

Antalyadakı 2 diasporun heç birinə dəstək göstərilmir - Diaspor fəalı

“Antalyada fəaliyyət göstərən Azərbaycan diasporu fəaldır. Burada Azərbaycan diasporu layiqli şəkildə ölkəmizi təmsil etmək üçün əlindən gələni edir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Antalyada Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin üzvü Azad Babayev deyib.

O bildirib ki, Antalyada Xocalı soyqırımı, I və II Qarabağ müharibəsi ilə əlaqədar tədbirlər həyata keçiriblər:

“Azərbaycan diasporu erməni, yəhudi diasporundan örnək almalıdır. Antalyada 2 dərnək var. Lakin heç birinə maddı dəstək göstərilmir. Fikrimcə, Diasporla İş üzrə Dövlət Komitəsi burada yaşayan azərbaycanlılarıən ildə ən azı bir dəfə də olsa bir yerə toplamalıdır. Onlar bizim layihələrimiz haqqında maraqlanmalı, düşüncələrimizi dinləməlidirlər. Qardaş ölkə olduğumuz üçün çiyin-çiyinə verib çalışmağımız lazımdır”.

Xəyalə Zöhrab

Şərhlər

Yaz...