Tarix: 26 Aprel 2024 18:30 | Baxış sayı: 1463
Azərbaycan mediası  bizi görməzdən gəlir  - Ceyran Qurbanova

Azərbaycan mediası bizi görməzdən gəlir - Ceyran Qurbanova

“Tbilisi şəhərində ilk və yeganə rəqs ansamblı 2000-ci ildən təmənnasız fəaliyyət göstərir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Gürcüctanda yaşayan, Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzin direktoru və “Ceyran” milli rəqs ansamblın rəhbəri Ceyran Qurbanova deyib. Onun sözlərinə görə, “Ceyran” milli rəqs ansamblını Gürcüstanda və bir çox ölkələrdə tanıyırlar:

“Bizim ansamblda gürcü və Azərbaycan milli rəqslərini ifa edilir. “Ceyran” milli rəqs ansamblı bir çox beynəlxalq festivallarda, dövlət və xeyriyyə tədbirində iştirak edir və müxtəlif mükafatlara layiq görülüb. “Ceyran” milli rəqs ansamblı Gürcüstanın bütün bölgələrində, eləcə də Türkiyənin Trabzon, Ankara, Mersin şəhərində, Almaniyanın Frankfurt şəhərində bir neçə dəfə iştirak edib, Azərbaycan bayrağını, milli geyimlərini, atributlarını, musiqisini, mədəni incilərinin zənginliyini təbliğ edib. Eyni zamanda, ansamblımız “Qarabağ”, “Xarıbülbül”, “Ay Laçın”, “Zəfər”, “Sarı gəlin”, Gürcüstan və Borçalı yallısı, “Uzundərə”, “Naz eləmə” və bir çox mili rəqsləri ilə konsert proqramlarında iştirak edib”.

Müsahibimiz onu narahat edən məqamları da vurğulayıb:

“Onu qeyd edim ki, ansamblın balansında olan milli geyimlərimiz artıq köhnəlib. Eləcə də hər bir rəqsə uyğun geyimin olmaması bizim işimizə çox böyük çətinlik yaradır. Çox istərdim ki, bu məsələlər tezliklə həllini tapsın”.

C.Qurbanova Azərbaycan mediasından gileyini də dilə gətirdi. Onun sözlərinə görə, Gürcüstan mediası ansamblın fəaliyyətini dəfələrlə işıqlandırsa da, təəssüf ki, Azərbaycanın mediası görməzdən gəlir:

“Bizim mərkəzin məqsədi Gürcüstanda azərbaycanlı gənclərin Ana dilini bilməsini, onların yerli mühitə inteqrasiyasını təmin etməkdir. Bu çərçivədə isə biz Azərbaycan tarixini, mədəniyyətini təbliğ edir və Azərbaycan və gürcü milli rəqslərini, xalq çalğı alətlərində ifa etməyi öyrədirik”.

Həsən Hüseynov

Şərhlər

Yaz...