Tarix: 29 Aprel 2024 17:31 | Baxış sayı: 109
Brüssel azərbaycanlıları  şahmat turniri keçirdi

Brüssel azərbaycanlıları şahmat turniri keçirdi

FireLand Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə aprelin 28-də Brüssel şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Tədbirdə qeyd edilib ki, şahmat dərslərində bugünə kimi 20-dən çox uşaq mütamadi iştirak edib və uşaqlarla dərslər 2 fərqli qruplarda aparılıb.

Qeyd edək ki, tədbirdə Belçika, Fransa və Niderlanddan 25 uşaq, həmçinin valideynlər qatılıb.

Uşaqlar arasında yarış 3 fərqli səviyyə üzrə qruplarda aparılıb. Bütün iştirakçılara sertifikat və medalyonlar, qaliblərə isə hədiyyələr təqdim olunub.


Şərhlər

Yaz...