Tarix: 29 Aprel 2024 15:39 | Baxış sayı: 167
Çində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi  təklif olundu

Çində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi təklif olundu

Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilə bilər.

Diaspora.TV xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin aprelin 29-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin ilə görüşündə qeyd olunub.

Görüşdə qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifi səsləndirilib.


Şərhlər

Yaz...