Tarix: 27 Aprel 2024 22:02 | Baxış sayı: 360
Diaspora rəhbərləri üçün  təlimlər başa çatdı

Diaspora rəhbərləri üçün təlimlər başa çatdı

"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Siyasi Texnologiyalar Mərkəzinin birgə layihəsi olan "Diaspora akademiyası" layihəsinin son təlimi keçirildi. 4 ay ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspora rəhbərləri və üzvləri üçün diaspora fəaliyyətinin səmərələşdirilməsinə yönələn 9 online təlim təşkil edildi".

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov çıxış edib.

V.Əlibəyov bildirib ki, təlimlər zamanı diaspor nümayəndələrinə müxtəlif ölkələrin diasporlarla bağlı qanunvericiliyi, fundrising, beynəlxalq donor təşkilatlar, layihələrin hazırlanması, yaşadıqları ölkələrdə yerli və mərkəzi hakimiyyət orqanları, media və inflüenserlərlə əlaqələrin yaradılması, saxlanılması və inkişaf etdirilməsi, dövlət qurumları və beynəlxalq təşkilatlara müraciətlərin və məktubların yazılması qaydaları, lobbiçilik, imic və nüfuz, informasiya strategiyası, media kanalları, sosial profillərin və saytların idarəedilməsi, event management və sair mövzularda məlumatlar verildi:

"Diaspora nümayəndələrinin böyük marağına səbəb olan bu layihənin davamlı olacağı nəzərdə tutulur".



Şərhlər

Yaz...