Tarix: 16 Aprel 2024 12:05 | Baxış sayı: 886
Diasporumuz Azərbaycan multikulturalizmini... - Rüstəm Tağızadə

Diasporumuz Azərbaycan multikulturalizmini...- Rüstəm Tağızadə

“Diasporun fəaliyyəti Azərbaycan siyasəti üçün prioritet məsələdir. Azərbaycan multikulturalizm və tolerantlığını dünyada təbliğ etmək üçün maarifləndirmə işləri gücləndirilməli, xaricdə yaşayan və orada təhsil alan tələbələrimizlə bu istiqamətdə mütəmadi görüşlər keçirilməlidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi ekspert Rüstəm Tağızadə deyib. Onun sözlərinə görə, toplantı və digər ictimai tədbirlərdə Azərbaycan dövlətinin maraqları təbliğ olunmalıdır:

“Diaspor və səfirlikərimiz xaricdə fəaliyyət göstərən məktəblərə mütəmadi baş çəkməli və təbliğat işləri aparmalıdır. Misal olaraq, Böyük Britaniyada fəaliyyət göstərən “Qarabağ məktəbi”ni göstərmək olar”.

R.Tağızadə vurğulayıb ki, Azərbaycan multikulturalizm və tolerantlığını dünyada təbliğ etmək üçün xaricdə yaşayan soydaşlarımız ana dilimizi bilməlidir:

“Eyni zamanda onlara Azərbaycan tarixi və mədəniyyəti barədə bilgilər verilməlidir. Hesab edirəm ki, Azərbaycana qarşı düşmən mövqe sərgiləyən ölkələrdə diasporumuzu inkişaf etdirməliyik”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...