Tarix: 26 Aprel 2024 17:07 | Baxış sayı: 502
Erməni diasporu faktlar qarşısında iflasa uğrayır-  Türkiyəli ekspert

Erməni diasporu faktlar qarşısında iflasa uğrayır- Türkiyəli ekspert

"İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması prosesi ilə bağlı əsaslı və müsbət bəyanatlar verdi. Bir neçə gün əvvəl buna etiraz edənlərin olmasına baxmayaraq, dörd kəndin Azərbaycana qaytarılması prosesi də uğurla reallaşdı. Erməni siyasətçiləri arasında müəyyən etirazlar var, bəli, lakin rəsmi İrəvan Azərbaycanla bu qarşıdurmanın daha çox özünün zərərinə işlədiyini başa düşüb ki, işğal siyasətinə son qoymağa qərar verib. Lakin bu prosesdə gərginliyin artması ilə qidalanan Fransa kimi ölkələr Ermənistanın bu münasibətinə qarşı çıxır. Eynilə ABŞ və digər ölkələrdəki erməni diaspor nümayəndələrinin də gərginliyin davam etdirilməsinin tərəfdarı olduqlarını görə bilərik".

Diaspora.TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin “Optimar Araşdırma” şirkətinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

Qondarma “erməni soyqırımı” məsələsinə toxunan müsahib Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryanın buna dair sözlərini xatırladaraq deyib:

“Köçəryan hər il “soyqırımı” ilə bağlı mərasimlərin keçirildiyini, lakin buna dair açılan muzeydəki şəkillər və sənədlərin belə inandırıcılıq səviyyəsinin aşağı olduğunu bildirdi. O, hətta 1915-ci il hadisələrində ölənlərin sayı ilə bağlı müəmmaların olduğunu da dedi. Bu, bir növ həqiqəti qəbul etməkdir. Bu sözlərdən də göründüyü kimi, erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır. Bütün bunlar başlı-başına olan irəliləyişlər deyil. Bu, İlham Əliyevin liderliyi ilə Azərbaycan və Türkiyə prezidentlərinin müəyyən ahənglə hərəkət etməsinin qələbəsidir. Bəli, problemlər hələ də tam aradan qalxmayıb. Hələ gedəcəyimiz uzun yol var. Lakin hazırda burada ən mühüm amil Azərbaycan və Türkiyənin erməni məsələsi ilə bağlı həqiqətləri həm Qərb, həm də bütün dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırmasıdır. Bu mövzu və ümumiyyətlə, erməni həqiqətlərinə dair sənədlər, məqalələr və sənədli filmlərin müxtəlif dillərdə hazırlanıb daha çox insana çatdırılması xüsusilə hazırkı vəziyyətdə olduqca vacibdir”.

Şərhlər

Yaz...