Tarix: 26 Mart 2024 00:22 | Baxış sayı: 791

Kiyevə iki ballistik raket atıldı... – Azərbaycan diasporu hadisəni şərh edir

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya silahlı qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb.

Faktı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı teleqram kanalında da təsdiq edib.

Məlumatda deyilir ki, səhər saat 10:30 radələrində Krımdan iki ballistik raketlə Kiyevə hücum olunub.

Raketlərin hissələri Kiyevin Peçersk, Dnepr və digər 2 rayonuna düşüb.

Peçersk rayonunda hücum nəticəsində 10 nəfər yaralanıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov paytaxt Kiyevdə yaşananları Diaspora.tv-yə şərh edib.

Şərhlər

Yaz...