Tarix: 29 Aprel 2024 09:18 | Baxış sayı: 367
Laçında Diaspor Gənclərinin  Yay Düşərgəsi keçiriləcək

Laçında Diaspor Gənclərinin Yay Düşərgəsi keçiriləcək

Diaspor Gənclərinin builki Yay Düşərgəsi Laçın şəhərində keçiriləcək. Yay düşərgəsinin Laçında təşkili gənclər arasında çox böyük maraq oyadır.

Diaspora.TV xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib:

“Bunun üçün bizim bir neçə böyük proqramımız var. Bunlardan biri Diaspor Akademiyası layihəsidir. Bizim təlimçilər bütün dünya üzrə diaspor fəallarına və diaspor təşkilatlarının rəhbərlərinə müxtəlif istiqamətdə təlimlər keçir. Digər layihə isə Diaspor Gənclərinin Yay Düşərgəsidir və 2019-cu ildən başlayaraq ölkəmizin müxtəlif regionlarında keçirilir. 2022-ci ildə Diaspor Gənclərinin III Yay Düşərgəsi Şuşada, “Heydər Əliyev İli” çərçivəsində keçən il isə “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi Naxçıvanda təşkil olunub”.

Şərhlər

Yaz...