Tarix: 23 Aprel 2024 11:33 | Baxış sayı: 754
Millət vəkili Azərbaycan diasporunun  zəif cəhətlərindən danışdı

Millət vəkili Azərbaycan diasporunun zəif cəhətlərindən danışdı

“Lobbi fəaliyyəti ilə bağlı Azərbaycanda işlər görülür. Lakin hələ demək olmaz ki, Azərbaycanın güclü təsir edə bilən lobbisi mövcuddur”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, indiki halda azərbaycanlılar əsasən öz vətənlərində yaşayırlar:

“Xaricdə azərbaycanlıların təşkilatlanmasının olmaması güclü diasporun, lobbinin ortaya çıxmasına mane olur. Misal üçün, ermənilərin lobbisi yüz ilə yaxındır qurulub. Ancaq azərbaycanlılar bu işlə hələ yeni məşğul olurlar. Gözləmirəm ki, yaxın gələcəkdə də Azərbaycan diasporu yaşadıqları ölkələrin siyasi mühitinə təsir göstərə bilən bir gücə malik olsunlar”.

A.Mollazadə vurğulayıb ki, gücə çevrilmək üçün Azərbaycan diasporu təşkilatlanmalıdır, işi necə qurmağı öyrənməlidir:

“Dövlət Komitəsi tərəfindən işlər görülməyə başlanıb. Amma hesab edirəm ki, işlərin miqyası daha güclü ola bilər”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...